Xəbər lenti

Türkiyə yeni tip koronavirusla mübarizə çərçivəsində ABŞ-a yardım edəcək.

 

Bizimaz.az xəbər verir ki, Türkiyə ABŞ-a süni tənəffüs aparatlarının çatışmayan hissələrini yollayacaq.

Bundan əlavə, ABŞ-a tibbi maska, kombinezonlar və buna bənzər qoruyucu ləvazimatlar da göndəriləcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan son telefon danışığı zamanı süni tənəffüs aparatları ilə bağlı məsələ müzakirə edilib.

D.Tramp ölkəsində bu işlə məşğul olan “Ford”, “General Motors” və “Tesla” kimi şirkətlərin aparatın vacib bir hissəsinin tədarükündə çətinlik yaşadığını deyib və Türkiyədən bu məsələdə yardım istəyib.

Əlavə edək ki, adıçəkilən firmalar aprelin sonuna kimi 100 min ədəd süni tənəffüs aparatı istehsal etməyi planlaşdırır.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov