Çex Respublikasında növbəti ilə qədər ölkədən çıxma qadağasının tətbiqi planlaşdırılır.
Bizimaz.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri məlumat yayıb.
Mövcud qərar barədə ölkə prezidenti Miloş Zeman da danışıb. O, ölkə vətəndaşlarına məsləhət görüb ki, yay tətilini Çex Respublikası ərazisində keçirsinlər: "Bir il ərzində dövlət sərhədlərinin bağlanması məsələsi yaxın gələcəkdə həll olunacaq. Bu addım Çex Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün atılacaq".
Qeyd edək ki, bu ilin mart ayından etibarən Çex Respublikasından xaricə getmək qadağandır. Məhdudiyyətlər bir sıra sahələrə - yük daşınması və tibbi turizmə aid deyil.
BAKU.WS