Xəbər lenti

 

Bu gündən etibarən İran hökuməti koronavirusla əlaqədar tətbiq edilən sərt karantin rejimini yumşaltmağa başlayıb. 
Bizimaz.az “Associated Press”ə istinadən xəbər verir ki, artıq beynəlxalq magistral yollar, həmçinin ticarət mərkəzləri və mağazalar açılıb. 
 
Obyektlər yerli vaxtla saat 18:00-dək fəaliyyət göstərə biləcək.
 
Bununla belə, restoran, idman zalı və digər ictimai müəssisələrin fəaliyyəti hələlik bərpa edilməyib.
 
Ramazan ayının gəlməsinə baxmayaraq, məscid və digər dini obyektlər də bağlı olaraq qalır.
 
Xatırladaq ki, rəsmi məlumata görə, İranda indiyədək koronavirusa yoluxanların sayı 83,5 mini ötüb. Bunlardan 59 273 nəfər virusdan sağalsa da, 5 209 nəfər ölüb. 

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov