Xəbər lenti

Səyahət məhdudiyyəti qarşıdakı aylarda da qüvvədə qalacaq və yalnız virusla mübarizədə müsbət irəliləyişlər əldə etmiş ölkələrlə sərhədlərin açılması nəzərdən keçiriləcək.

 

Bizimaz.az  xəbər verir ki, Avstriyanın Federal Kənd Təsərrüfatı naziri Elizabet Köstinqer bildirib.

Yay mövsümü bərpa olunmazsa, turizm obyektlərinin böyük hissəsinin müflis ola biləcəyindən danışan nazir bildirib ki, hazırda həm Avstriyada, həm də Almaniyada koronavirus infeksiyasına qarşı mübarizədə uğurlu nəticələrin əldə olunmasına görə iki ölkə arasında turistlərin hərəkəti mümkün ola bilər.

Turizm sektorunu təmsil edən qurumlar isə yay və qış turizminin yüksək səviyyədə inkişaf etdiyi Alp ölkəsi olan Avstriyada ölkə sərhədlərinin bağlı qalacağı ehtimalından məmnun deyil. Turizm üzrə tədqiqatçılar bildirir ki, alman turistlər Avstriyada turizm obyektlərinin əsas müştəriləridir və yay mövsümündə onların ölkəyə girişi qadağan edilərsə, turizm obyektlərinin 3/2-si dövriyyəsinin yarısını itirəcək.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov