Xəbər lenti


 

Koronavirus pandemiyasının bürüdüyü dünyada virus varlı ilə kasıb arasında fərq qoymasa da hər halda zənginlər bu bəladan özlərini və yaxınlarını qorumaq üçün pulun gücündən istifadə etməyə çalışırlar.
 
Virtualaz.org xəbər verir ki, bir çox zənginlər koronavirusdan qorunmaq üçün özlərini dəbdəbəli yaxtalarda təcrid edib dənizin ortalarına çəkilirlər.
 
“Forbes Life” hazırda nə qədər zənginin yaxtalarda koronavirusdan qorunmağa çalışdıqlarını anlaşdırıb. Bu təcrübəyə əl atanlardan birincisi “DreamWorks Animation” şirkətinin qurucusu, milyarder Devid Geffen idi. Və o özünün “Rising Sun” adlı dəbdəbəli yaxtasında karantin rejiminə keçərək İnstagram-da fotolar paylaşmışdı. Lakin həmin vaxt sosial şəbəkə istifadəçiləri milyarderi kəskin şəkildə qınadılar və onun hərəkətini “ayıb, günah” hesab etdilər.
 
Bununla belə məlum olub ki, Giffen dəbdəbəli yaxtada özünütəcrid rejiminə keçən ilk zəngin deyil. “Bir sıra imkanlı ailələr bu situasiyanı göyərtələrdə keçirməyə çalışır”,-Monakodakı Arcon Yachts çarter departamentinin rəhbəri Yuliya Perzoni deyir. Onun sözlərinə görə, fevral ayından başlayaraq 4-6-8 həftəlik yaxta kirayələyənlərin sayı kəskin artıb.
 
 
Artıq bir neçə həftədir ki, Amerikanın broker şirkəti Northrop & Johnson müştərilərin artdığının şahidi olur. O cümlədən Londondakı yaxta-broker şirkəti Burgess-də uzunmüddətli çarterlərə sifarişlərin artdığını bildirir. “İnsanlar virus qasırğasında salamat qalmağa çalışırlar. Məsələn, ailələrdən biri yaxtanı 9 həftəlik kirayələdi. Yaxşı iqlimi olan regionda yaxta özünütəcrid etmək üçün pis variant deyil. Böyük yaxtalar bir neçə aylıq ərzaq və digər zəruri mallar ehtiyatı üçün kifayət qədər yerə malikdir, bu isə o deməkdir ki, yaxta bir neçə ay sahillə təmasda olmadan dənizin ortasında qala bilər”,-şirkətin baş direktoru Conatan Bekett bildirib.
 
O qeyd edib ki, yaxta kirayələyənlər göyərtədə uşaqları üçün təhsil təşkil edir, o cümlədən şef-aşbazlarla kulinariya dərsi verir və vaxtlarını həm səmərəli, həm əyləncəli keçirməyə çalışırlar.
 
 
Yaxta icarəsi biznesi ilə məşğul olanlar deyirlər ki, zənginlər koronavirus haqda eşidən kimi öz gəmilərində dezinfeksiya işləri aparıblar və ekipaj üzvlərinin sağlamlıqlarını müntəzəm nəzarətdə saxlayırlar. Zənginlər koronavirusdan qorunmaq üçün yaxtalarla ABŞ-dan cənublara, Karib hövzəsinə, Maldiv və Seyşel adalarına üz tuturlar. Habelə Alyaskaya, sakit okeanın cənub hissəsindəki adalara və Çilinin ucqar sahillərinə üz tutanlar da var.
 
Ekspertlərin qiymətləndirmələrinə görə, bir həftəlik yaxta kirayəsi 100 min dollardan çoxdur, meqayaxtaların həftəlik kirayəsi isə ekipaj və yanacaq xərcləri çıxılmaqla 600 min dollara yaxındır. Burada yaxtanın ölçüsünün əhəmiyyəti var, gəmi nə qədər böyük olsa o okeanda pis hava şəraitinə də o qədər yaxşı davam gətirə bilər. İndi Karib sahillərində yaxta trafiki o qədər artıb ki, ekipaj üzvləri yanacaq götürmək üçün növbə yarandığını deyirlər. Yerli limanlar görünməmiş yüklənməyə məruz qalır. Ekspertlər onu da deyirlər ki, indiki pandemiya şəraitində yaxtaların kirayəsi ilə yanaşı satışı da artmaqdadır.
 

 

 
21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov