Rusiyanın Xabarovsk diyarında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bizimaz.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Verilən məluamta görə, hadisə nəticəsində 4 nəfər həlak olub.
Qəza təlim uçuşu zamanı baş verib. İlkin ehtimallara əsasən, qəzaya pilotun səhvi səbəb olub.
Bununla yanaşı, hüquq-mühafizə orqanları texniki nasazlıq versiyasını da istisna etmirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.