Fransanın Provins Universitetinin (Université de Provence - Aix-Marseille I) alimləri apardıqları tədqiqat zamanı koronavirusun məhv olması üçün lazım olan temperaturu müəyyənləşdiriblər.

 

Bizimaz.az xəbər verir ki, bu barədə "bioRxiv" elektron elmi kitabxanasında yerləşdirilən məlumatda deyilir.

Təcrübə zamanı tədqiqatçılar koronavirus hüceyrələrini bir saat ərzində 60 dərəcəyə qədər tempraturda istiliyə məruz qoydudan sonra onun bəzi mikroorqanizmlərinin çoxala biləcəyini müəyyən ediblər.

Bundan sonra koronavirus 15 dəqiqə 92 dərəcəyə qədər qızdırıldıqdan sonra tamamilə məhv olub.

Tədqiqatda alman xəstədən koronavirusa yoluxmuş Afrika cinsindən olan yaşıl meymunun böyrək hüceyrələrindən istifadə edilib.

Alimlər yoluxmuş hüceyrələri iki test borusuna yerləşdiriblər - steril və biomaterial. Təmiz mühitdə qızdırıldıqda viruslar ölüb və digər mühitdə isə koronavirus insanın infeksiyası üçün lazım olan səviyyəyə qədər çoxalmağa davam edib.

istinad