Son 24 saat ərzində İranda koronavirusdan ölənlərin sayı 92 olub.

 

BAKU.WS İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. 

Onun sözlərinə görə, ümumilikdə ölənlərin sayı 4 min 869 nəfərə, yoluxanların sayı isə 77 min 995 nəfərə çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 55 min 229 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, koronavirusla bağlı qorxulu vəziyyət qonşu Türkiyədə də müşahidə olunur. Ölkədə COVID-2019 virusuna yoluxanların sayı 69 min nəfəri keçib. 

Digər qonşu ölkələrdən Rusiyada 27,938, Qazaxıstanda 1362, Ermənistanda 1159, Gürcüstanda isə 336 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.