Çin rəsmiləri yeni növ koronavirusun (Kovid-19) ciddi bir epidemiyaya çevrilə biləcəyinə dair güclü əlamətlər görsələr də, 6 gün səssiz qalıblar və virus bu müddətdə daha da yayılıb.

 

Bizimaz.az  xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyinin dərc etdiyi, "Çin 6 gün ərzində pandemiyaya qarşı ictimaiyyəti xəbərdar etməyib" başlıqlı xəbərdə deyilir.

İddiaya əsasən, Çin rəsmiləri 14 yanvarda virusun ciddi bir pandemiyaya çevrilə biləcəyini təxmin etsələr də, Prezident Si Cinpin 20 yanvara qədər xalqa xəbərdarlıq etməyib.

Bu addımın isə həmin dövrdə səyahət edən və kütləvi şənliklərdə iştirak edən on minlərlə insanın virusa yoluxmasına səbəb olduğu ehtimal edilir.

Çin rəsmiləri Taylandda ilk yoluxma baş verdikdən sonra epidemiya ehtimalını ciddi şəkildə analiz etməyə başlayıb. Bundan sonra çinli səhiyyə işçilərinə vaksinin hazırlanması üçün sınaqların aparılması göstərişi verilib.

Çin Milli Səhiyyə Komissiyasının sədri Ma Xiaoveinin 14 yanvar tarixli telekonferansiyasının qeydləri ələ keçirilib. Ma telekonferans zamanı, "Vəziyyət çox ciddi və mürəkkəbdir. 2003-cü ildə SARS hücumundan bəri ən ciddi vəziyyətlə qarşılaşırıq",-deyə həyəcan təbili çalıb.