Gürcüstanda koronavirusa görə fövqəladə vəziyyətin müddəti uzadılıb.
Bizimaz.az -in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu müddət mayın 10-dək uzadılıb.
Bunu ölkənin baş naziri Georgi Qaxariya deyib. Həmçinin Gürcüstanın 4 böyük şəhəri - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə aprelin 15-i saat 21:00-dan giriş-çıxış bağlanacaq.
Qeyd edək ki, Gürcüstanda 296 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb.
istinad