Xəbər lenti

 

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar milyarderlər böyük zərərə uğrayıblar.

 

“Forbes”in məlumatına görə, dünyanın ən zəngin 267 insanından 226-sı artıq milyarder statusunu itirib.

Lakin epidemiyanın zəngin etdiyi insanlar da var. Bunlardan biri də “Zoom Video Communications”un əsasını qoyan Erik Yuandır. İl başlayandan bəri o, iki milyard dollardan (3.4 milyard AZN) artıq pul qazanıb.

Belə ki, pandemiya ilə əlaqədar dünyanın bir çox şirkətləri distant təhsilə və işə keçib. Cari reallıqda onlayn konfrans xidmətləri isə əvəzolunmazdır. Bu proqram da məhz belə xidmətlər göstərdiyi üçün ona tələbat artıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov