Bizimaz.az xəbər verir ki, bu sözləri "Parlament qəzeti"nə verdiyi müsahibədə yoluxucu xəstəliklər mütəxəssisi, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Maleev deyib.
Onun sözlərinə, rusların taleyi onların öz əlindədir: "Xəstəliyin başa çatmasının həqiqi vaxtı həmvətənlərimin özlərini təcrid etməsi, hakimiyyətin digər göstərişlərinə necə əməl etməsi, həkimlərin isə öz vəzifələrini yerinə yetirməsindən asılıdır".
Rusiyalı akademik əlavə edib ki, koronavirus üzərində bütünlüklə qələbə yalnız peyvənd hazırlandıqdan və universal immunizasiya aparıldıqdan sonra müzakirə edilə bilər: “Ancaq peyvənd yalnız ilin sonuna qədər hazır olacaq. Əgər tez olsa, bu yaxşı olacaq".
BAKU.WS