Xəbər lenti


 

“Koronavirus Avropa və bütün dünya üçün yeni Hitlerdir”.

 

Bizimaz.az xəbər verir ki, bu iddia ilə görkəmli fin ictimai xadimi,

Finlandiya Anti-Faşist Komitəsinin yaradıcısı və rəhbəri Yohan Bekman çıxış edib.

 

Koronavirusun faşizm qədər təhlükəli olduğunu bildirən Yohan Bekman, bu gün eyniylə Hitler dönəmində olduğu kimi kütləvi insan ölümlərinin  baş verdiyinə diqqət çəkib.

İctimai xadim Finlandiyada koronavirusla bağlı tədbirləri sərtləşdirməyin zərurət olduğunu bildirib. O, qeyd edib ki, mövcud durum ölkədə komendant saatının tətbiqini zəruri edir.

 

Bundan başqa, Bekman Finlandiya hökumətini anti-koronavirus tədbirləri görməkdə ən azı bir ay gecikdiyini də vurğulayıb və qeyd edib ki, əgər rəsmi Helsinki bir qədər çevik siyasət yürütsəydi, o zaman vəziyyət indikindən əhəmiyyətli dərəcədə yaxşı olardı.

 

Xatırladaq ki, Finlandiyada bu günlərdə həkim-mütəxəssislərələ yanaşı həm də riyaziyyatçıların daxil olduğu qrup yaradılıb. Qrupun işi koronavirusla bağlı gedişatı izləmək və proseslərin bundan sonrakı inkişafı ilə bağlı proqnozlar verməkdir.

 

Moderator.az 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov