Xəbər lenti


 

Bu gündən Çinin yeni tip koronavirusun (COVİD-19) ortaya çıxdığı Uhan əyalətində karantin ləğv edilib. 
 
“The Global Times”ın yazdığına görə, 76 günlük karantin rejimi başa çatıb. Rəsmilər 11 milyon sakinin heç bir icazə olmadan əyalətdən kənara çıxa biləcəyini açıqlayıb.
 
Lakin rəsmilər onu da qeyd edib ki, əyalətdə bəzi qadağalar öz yerində qalır. Belə ki, məktəblər hələlik bir müddət bağlı qalacaq və bu məsələ ilə bağlı qərar daha sonra veriləcək.
 
Çinin Milli Səhiyyə Komissiyasından verilən açıqlamaya görə, koronavrusa yoluxmaların qeydə alındığı yanvar ayından bəri ilk dəfə olaraq ötən gün heç bir ölüm faktı olmayıb. Qurum həmçinin yeni 32 virusa yoluxma halının aşkarlandığını və bununla da yoluxanların sayının 81 min 740 nəfərə çatdığını bildirib.(musavat.com)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov