Xəbər lenti

Fransa Lionda ələ keçirdiyi tibbi maskaları bütövlükdə İsveçə geri qaytarıb.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Fransanın “Le Ekspress” nəşri məlumat yayıb.

“Hökumətin geri addım atmasında xəbərin yayılmasının böyük rolu var”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, İsveçdə fəaliyyət göstərən “Mölnlycke” səhiyyə şirkəti Çindən İtaliya və İspaniyaya göndərmək üçün maska satın alıb. Martın 5-də şirkətin İtaliya və İspaniyaya göndərdiyi 4 milyon tibbi maskaya Fransa hökuməti Lionda əl qoyub. İsveçin müdaxiləsindən sonra Fransa öncə maskaların yarısının geri qaytarılmasına razılıq verib.

Qeyd edək ki, İtaliya və İspaniya yeni tip koronavirusdan ən çox ziyan görən ölkələr sırasında yer alır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov