Xəbər lenti



Dindarlar tibb işçilərinə Quran ayəsi ilə təşəkkür etdilər.
 
Maraqlı hadisə Hollandiyada baş verib.
 
Moderator.az xəbər verir ki, Amersfoot Rahan Məscidinin işçiləri bir avtobus dayanacağına vurduqları pankartda koronavirusla mübarizə aparan həkimlərə Quran ayəsi ilə təşəkkür ünvanlayıblar.  
 
İngilis dilində yazılan afişada Maidə sürəsi, “Kim bir can xilas edərsə, bütün insanların həyatını xilas etmək kimidir” yazılıb. Pankartdakı ayənin altında isə “səhiyyə işçilərinə təşəkkür edirik” sözləri yer alıb.
 
Amersfoot Rahman Məscidi tərəfindən verilən açıqlamada pankartın bir həftə boyunca dayanacaqda asılacağı bildirilib. İndiyə kimi isə ölkədə 18 min 803 nəfər koronavirus pandemiyasına yoluxub və onlardan 876 nəfəri dünyasını dəyişib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov