Xəbər lenti


 

Madonna koronavirusla mübarizə üçün Bill Geytsin fonduna 1 milyon dollar bağışlayıb.
 
B.Qeyts xəstəliyin müalicəsi üçün çalışan 7 fərqli laboratoriyanı maliyyələşdirməyi  planlaşdırdığını açıqlamışdı.
 
Moderator.az xəbər verir ki, Madonna özünün instaqram səhifəsində bunları yazıb:
 
“Bu gün dünya miqyasında fövqəladə bir vəziyyət yaşadığımız göz qabağındadır. Etiraf etməliyəm ki, həyat tərzimizi dəyişmək üçün bizə vaxt lazımdır. Mən Kovid-19 virusunun qarşısını alan və müalicə edəcək bir dərmanı tapmaq üçün Bill və Melinda Qeytsin təşəbbüsünə şərikəm. Bütün ailələrimizi qorumaq üçün buna ehtiyacımız var”. 
 
B.Qeyts isə bir müddət əvvəl fondla bağlı bunları demişdi:
 
“Fondumuz yoluxucu xəstəliklərə qarşı güclü təcrübəyə sahib olduğundan vaksin tədqiqatını aparmaq üçün maliyyə vəsaitlərinə ehtiyacımız var. Düşünürəm ki, nə qədər tez yardım edilsə, araşdırmamız da bir o qədər sürətlənə bilər”. 

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov