Xəbər lenti



Dünyanın ən qapalı ölkələrindən biri olan Türkmənistanda “koronavirus” sözündən istifadə etmək və tibbi maska taxmaq qadağan edilib.

 

Bizimaz.az  “Habertürk”ə istinadən xəbər verir ki, hökumət koronavirus sözünün məktəblərdə, iş yerlərində, hətta sağlamlıqla bağlı məlumatlandırma broşürlərində istifadəsini qadağan edib.

Bundan başqa, küçədə bu pandemiya barədə danışanların və tibbi maska taxanların həbs ediləcəyi barədə də xəbərdarlıq edilib.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Türkmənistanda koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov