Xəbər lenti

 
 

Rusiya məktəblərində tədris ili vaxtından əvvəl başa çatdırıla bilər.

 

“YamalPro” nəşrinin məlumatına görə, müvafiq məsələ haqqında qərar RF Təhsil Nazirliyində və “Rosobrnadzor”da hazırlanır.

Təhsil Nazirliyi məktəblərdə və uşaq bağçalarında infeksiyanın yayılmasının qarşısını almağa yönəlmiş bir sıra tədbirlər görüb. 

Ancaq bu tədbirlər yetərli olmaya bilər. Həmçinin yay tətilindən əvvəl qalan müddətdə koronavirus pandemiyası ilə əlaqədar vəziyyəti sabitləşdirmək mümkünsüz görünür.

Məktəblərdə tədrisin vaxtından əvvəl bitirilməsi ilə bağlı son qərarın aprel ayında açıqlanacağı gözlənilir.

Səlahiyyətlilər seçmə şəkildə distant təhsil almağı davam etdirmək, yoxsa hər kəs üçün tədris ilini eyni vaxtda bitirmək kimi bir sıra vacib mövzuları müzakirə etməlidirlər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov