Xəbər lenti

İtaliyada koronavirusla mübarizə çərçivəsində ölkənin ən vacib istehsal sahələri istisna olmaqla, qalan bütün müəssisələrin fəaliyyəti tam dayandırılacaq.

 

Bizimaz.az xəbər verir ki, bunu İtaliya Baş naziri Cuzeppe Konte deyib. O, yeni qaydaların sabahdan qüvvəyə minəcəyini və 3 aprelə qədər davam edəcəyini bildirib:

“Bunlar sərt tədbirlərdir, amma bizim alternativimiz yoxdur. Gərək müqavimət göstərək, çünki yalnız bu yolla özümüzü qoruya bilərik. Biz bununla İtaliyanın istehsal fəaliyyətini dayandırmırıq, sadəcə, müvəqqəti zəiflədirik. Bu asan qərar deyil”.

Konte fəaliyyəti dayandırılan müəssisələr sırasında super-marketlər, ərzaq mağazaları, bank və poçt bölmələri, eləcə də sığorta şirkətlərinin olmayacağını deyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov