Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp ona ünvanlanan irqçilik tənqidlərinə baxmayaraq, koronavirusu “Çin virusu” adlandırmağa davam edib.

 

Bizimaz.az xəbər verir ki, ABŞ lideri Ağ Evdə keçirilən mətbuat konfransında pandemiyanın Çindən yayıldığını bir daha deyib.

“Çin iddia edir ki, virusu onların ölkəsində yayan ABŞ ordusudur. Bu, qətiyyən doğru deyil. Mən də virusun yayıldığı yerə əsasən adını qoymuşam. Bu virus Çindən yayıldı. Buna görə düşünürəm ki, bu, çox düzgün bir termindir”, - Tramp bildirib.

Qeyd edək ki, Ağ Ev rəhbəri koronavirusu (Covid-19) “Çin virusu” adlandırmışdı. Trampın bu ifadəsi ABŞ ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Həmçinin Çin bu adlandırmaya etiraz etmişdi.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov