Fransa hökuməti COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə xüsusi nəzarət sistemi tətbiq etməyə hazırlaşır.
Bizimaz.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Kristof Kastaner məlumat verib.
O bildirib ki, xüsusi rejim zamanı 100 min polis və jandarm səfərbər olacaq.
Yeni qaydalara əsasən, Parisdə hər hansı bir iş üçün evdən çıxan şəxslər (piyada və ya avtomobillə) polisə rəsmi arayış təqdim etməli olacaqlar. Yalnız xüsusi icazə sənədləri olan şəxslər şəhərə çıxa biləcəklər.
Buna riayət etməyən və evdən razılaşdırılmamış şəkildə çıxanlar 38-135 avro arası cərimə ediləcəklər.
BAKU.WS