Kubada “BioCubaFarma” dərman firması koronavirusun müalicəsində istifadə ediləcək “Interferon Alpha 2B” də daxil olmaqla, 22 dərmanın istehsalına zəmanət verib.
Bizimaz.az xəbər verir ki, firmanın rəhbəri Eduardo Martines Diaz hazırda bir çox ölkədən müraciət edildiyini bildirib:
“Müraciətlərə kifayət qədər imkanlarımız olduğu üçün cavab verə bilərik. Bazamızda koronavirusa yoluxmuş hər kəsin müalicəsi üçün kifayət qədər dərman var”, - firma rəhbəri vurğulayıb.
Qeyd edək ki, Kubada koronavirusa 4 nəfər yoluxub.
Xatırladaq edək ki, “Interferon Alpha 2B” dərmanı 2002-ci ildə ortaya çıxan sars virusu və 2012-ci ildə peyda olan mers epidemiyasına qarşı istifadə edilib və müsbət nəticəsi olub.
Axar.az