İranda indiyədək 47 nəfər yeni koronavirusa yoluxub.
Bizimaz.az Trend-ə istinadla xəbər verir ki, bunu İran Parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində 12 nəfər həlak olub.
Abbasi əlavə edib ki, İran parlamentinin qeyri-plenar iclasında İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki bir sıra məsələlərə aydınlıq gətirib.
İran rəsmisi bildirib ki, İranda xəstəxanalarda yatırılan pasiyentlərin əksəriyyəti qripə aiddir.
Parlament rəsmisi deyib ki, İranın Qum şəhərində əhaliyə maskalar paylanılıb.