Xəbər lenti

 

Böyük Britaniya kraliçası II Elizabet şahzadə Harriyə və Meqan Markla “Sasseks hersoqları” titulundan və “kraliyyət” sözündən kommersiya məqsədləri üçün istifadə etmələrini qadağan edib.

 

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. 

“Meqan Markl və şahzadə Harri “kral ailəsinin böyük üzvləri” vəzifələrindən imtina etdikləri və maddi cəhətdən müstəqil olmaq istədiklərini ifadə etdikləri üçün bundan sonra “kraliyyət” sözünün bu kontekstdə istifadəsinə yenidən baxılması lazım olacaq. Danışıqlar hələ davam edir” - deyə nəşr yazıb.

Söhbət əsasən Harri və Meqanın Kanadaya köçdükdən sonra yaratdıqları “Sussex Royal”, “The Foundation of the Duke and Duchess of Sussex” qeyri-kommersiya xeyriyyə təşkilatının adından gedir.

Cütlük ailələri üçün yeni saytın yaradılmasına külli miqdarda pul xərcləyib. Bundan başqa, onlar geyim, dəftərxana ləvazimatları və kitablar daxil olmaqla bir sıra məhsullara ticarət markası kimi “Sussex Royal” unvanını qeyd etmək istəyirdilər. Aydındır ki, onlar indi geniş miqyaslı rebrendinq aparmalı olacaqlar. Cütlüklərin 11 milyon izləyicisi olan @sussexroyal “Instagram” səhifələrini də eyni aqibət gözləyir.

Meqan və Harri çox kədərləndiklərinə baxmayaraq, kraliçanın qərarı ilə razılaşdıqlarını bildiriblər.

Onlar ümid edirdilər ki, yeni həyatlarında kraliyyət titullarından istifadəyə davam edə bilərlər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov