Türkiyə Suriyanın İdlib şəhərinə ağır silahlarla təchiz olunan daha bir karvan göndərib.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, özüyeriyən artilleriya, tank və zirehli maşın daşıyan 150 yük maşını İdlib de-eskalasiya bölgəsindəki müşahidə postlarına keçmək üçün Türkiyənin Hatay vilayətinin Reyhanlı bölgəsinə daxil olub.

Qeyd edək ki, 2017-ci ilin mayında əldə olunan razılığa əsasən, Suriyada dörd dislokasiya zonası yaradılıb. 2018-ci ildə isə üçünün ərazisi Dəməşqin nəzarəti altına keçib.

Ankara və bəzi ölkələr Dəməşqi Türkiyə hərbi qüvvələrinə zərbə vurmaqda ittiham edir. Son olaraq şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya qoşunlarının Türkiyə müşahidə postlarından dərhal çıxarılmasını tələb etmişdi.