Bu günə kimi 1772 nəfərin həyatına son qoyan koronavirusun yeni növü (COVID-2019) Çin iqtisadiyyatına da böyük zərbə vurub.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə “Tayhe” analitik mərkəzi hesabat hazırlayıb.
Hesabatda göstərilir ki, koronavirusa görə Çin iqtisadiyyatına vurulan zərbə 1 trilyon yuan (143.1 milyard dollar) təşkil edəcək.
Hazırda Çinin bir çox şirkətləri virusla bağlı karantin elan olunan şəhərlərdə fəaliyyət göstərə bilmir. Buna səbəb isə müəssisələrdə işləyəcək əməkdaşların olmamasıdır.