Xəbər lenti

 
 

Cazibədar bədən quruluşu və göstərdiyi şoularla izləyiciləri valeh edən dünya şöhrətli pop ulduz Cennifer Lopez şəxsi ayaqqabı kolleksiyasını satışa çıxarıb.

 

Bizimaz.az: Oxu.Az xəbər verir ki, seksual imicdə kamera önünə keçən Cey Lo ehtiraslı pozlarla dizayneri olduğu ayaqqabısını reklam edib.

Sosial media hesabında paylaşdığı fotoya pop diva “Budur mənim tərtib etdiyim və yalnız “DSW”də (Designer Shoe Warehouse) satılan yeni ayaqqabı kolleksiyam. “JLO-Jennifer Lopez”in satışının başladığını elan etməkdən çox məmnunam” yazıb.

Qeyd edək ki, adını brendləşdirən Cennifer Lopez geyim, aksesuar və ətir markasına sahibdir. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov