Türkmənistanın şərqindəki Lebap əyalətində dövlət idarələrinin 40 yaşdan yuxarı kişi əməkdaşlarına saçlarını qara rəngə boyamaq qadağan edilib.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Türkmənistan bürosu məlumat yayıb.
Saçlara boya qoymaqla bağlı qadağa məktəb, xəstəxana və digər büdcə müəssisələrinin işçilərinə fevralın 1-dən etibarən qoyulub.
Eyni zamanda saçları ağarmayanlar saçlarını açıq rənglə boyayaraq ağarmış saç görüntüsü yaratmalıdırlar.
İdarə rəhbərləri yeni tələbi saçlarını boyamağı dayandıran prezident Qurbanqulu Berhdimuhamedovun imicini dəyişdirməsi ilə izah ediblər.