Xəbər lenti

Türkiyədə əhali sayı 1.151.115 nəfər artaraq, 83.154.997 nəfərə çatıb.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı Türkiyə Statistika Qurumu yayıb. Məlumata görə, ölkədə kişilərin 41.721.136 nəfər, qadınların isə 41.433.861 nəfər təşkil etdiyi bildirilib. Faiz göstəricisinə görə kişilər əhalinin 50,2%-ni, qadınlar isə 49,8%-ni təşkil edib.

Yeni statistikaya əsasən, İstanbul əhalisi 451.543 nəfər artaraq 15.519.267 nəfərə çatıb. Nəticədə İstanbulda Türkiyə əhalisinin 18,66%-nin yaşadığı bəlli olub. Əhali sayına görə İstanbuldan sonrakı yerdə Ankara, İzmir, Bursa, Antalya qərarlaşıb.

Qeyd edək ki, yeni statitikada əhali sayına ölkədə olan suriyalı qaçqınların sayı daxil edilməyib. Belə ki, ölkədəki suriyalıların sayı 3.571.175 nəfərdir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov