Xəbər lenti

Parisdən Moskvaya uçan Paris Hava Yolları aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki problem səbəbindən 2 dəfə havaya qalxa bilməyib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə sərnişinlərdən biri Rusiya mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, təyyarənin uçuş zolağına çıxmasından sonra sərnişinlər pilot kabinəsində qışqırıq səsləri eşidiblər. Daha sonra təyyarə terminala qayıdıb. Sərnişinlərə bildirilib ki, pilot kabinəsində dava olub, heyət üzvləri dəyişdiriləndən sonra uçuşa icazə veriləcək.

Heyət üzvlərinin dəyişməsindən sonra təyyarə havaya qalxsa da, salondakı soyuq hava səbəbindən yenidən yerə enməli olub.

“Salonda həddən artıq soyuq idi, illuminatorların hamısı donmuşdu. Oturmaq, nəfəs almaq mümkün deyildi”, - sərnişin deyib.

Daha sonra sərnişinləri başqa təyyarəyə keçirib Moskvaya yola salıblar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov