Xəbər lenti

 

İranın İsfahan vilayətinin Sepahanşəhr şəhərində Tehran-Şiraz avtobusunun aşması nəticəsində doqquz nəfər həlak olub.

 

IRNA-nın məlumatına görə, bu barədə Fövqəladə hallar və təcili yardım idarəsinin rəhbəri Qafur Rastin deyib.

Onun sözlərinə görə, qəza nəticəsində 18 nəfər yaralanıb. Onlardan beşi qadın və ikisi uşaqdır.

Yaralılardan biri hadisə yerində müayinə olunub və evə buraxılıb, qalanları isə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qafur Rastin vurğulayıb ki, sürücü sağdır.

Qəzanın səbəbləri araşdırılır.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov