Xəbər lenti

Ötən gecə helikopter qəzasında ölən əfsanəvi basketbolçu Kobi Brayantla bağlı şok tvit yayımlanıb.

 

Bizimaz.az  Oxu.az-a istinadən xəbər verir ki, “Noso” adlı Tvitter istifadəçisinin 2012-ci il noyabrın 13-də yayımlanan tvitdə Kobinin qəzada öləcəyi bildirilib:

“Kobi helikopter qəzasında həyatını itirəcək”, - tvitdə bildirilib.

O zaman Kobinin fanatları bu tvitə sərt reaksiya vermiş və istifadəçidən paylaşımı silməyini istəmişdi.

Qeyd edək ki, qəza zamanı Kobi ilə yanaşı, 13 yaşlı qızı, dostu, onun atası və pilot həlak olub. Hadisənin səbəbləri araşdırılır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov