Çində 2019-nCoV koronovirusundan ölənlərin sayı 80 nəfərə çatıb.
Bu barədə “Interfaks” Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər yayıb.
Məlumata görə, xəstəliyə yoluxanların sayı 769 nəfərə çatıb. Ümumilikdə, 2794 nəfərdə diaqnoz təsdiqlənib, 3,8 min insan isə şübhə altındadır.
Bir gün əvvəl 57 ölü və 2000 yoluxma halı barədə məlumat verilmişdi.
Xatırladaq ki, dəhşətli virusla bağlı ilk hadisə Çinin Uxan şəhərində qeydə alınıb. İnfeksiyanın yayılma riski ilə əlaqədar hökumət sözügedən yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıb, sonra analoji tədbirlər daha 20 əyalətdə və şəhərdə görülüb.
Qeyd edək ki, çinli epidemioloqlar koronovirusun mənbəyinin Uxan şəhərində bazarda satılan çiy ətlər olduğunu aşkarlayıblar.