Xəbər lenti

 
 

Gecə saatlarında Kaliforniyada baş verən helikopter qəzasında əfsanəvi basketbolçu Kobe Brayant 13 yaşlı qızı ilə birlikdə həlak olub. 

 

Bizimaz.az : aviaqəzalar zamanı ölən məşhurların siyahısını təqdim edir:

1.  “Rolls Royce” şirkətinin yaradıcılarından olan Çarlz Stüart Rolls 1910-cu il iyulun 10-da Dorset qraflığının Bornmut şəhərində aviaşou zamanı baş verən qəzada ölüb. O, Britaniya tarixində aviaqəzada ölən ilk şəxsdir. 

2. Caz musiqisinin tanınmış siması olan Qlenn Miller 1944-cü il dekabrın 15-də 40 yaşında aviaqəza zamanı həlak olub. Onun Böyük Britaniyadan Fransaya uçmaq üçün mindiyi “Noorduyn UC-64 Norseman” təyyarəsi naməlum şəraitdə yoxa çıxıb və bu günə qədər tapılmayıb. İlkin ehtimallara görə, musiqiçinin olduğu təyyarə bombalanıb.

3. 1949-cu il mayın 4-də dörd dəfə İtaliyanın A Seriyasında çempion olmuş Torino futbol klubu düşdüyü təyyarə qəzasında 22 nəfəri itirib. Onlardan 18 nəfəri klubun futbolçuları olub.

4. 1958-ci il fevralın 6-sı İngiltərənin “Manchester United” futbol klubunun üzvlərinin olduğu təyyarə  Münhendə qəzaya uğrayıb. Təyyarə qəzasında səkkiz futbolçu həlak olub.

5. Rok-n-roll tarixinin ən tanınmış ifaçılarından olan Baddi Xolli də dostları, tanınmış ifaçılar Riçi Valens və Biq Bopperlə birlikdə yüngülmotorlu təyyarə qəzasında ölüb. Onun olduğu “Beechcraft Bonanza V-35” təyyarəsi 1959-cu il  fevralın 3-də ABŞ-da burulğana düşüb və qəzaya uğrayıb. 

6. 1961-ci il aprelin 3-ü Çili birinci liqasında çıxış edən “Green Cross” klubunun üzvlərini daşıyan təyyarənin Las Lastimas dağlarına çırpılması nəticəsində səkkiz futbolçu və texniki heyətdən də iki nəfər olmaqla, ümumilikdə 10 nəfər ölüb.

7. 1969-cu il 26 sentyabrda “The Strongest” adlı Boliviya futbol klubunu daşıyan təyyarə Vilokoda qəzaya uğrayır. Qəzada 16 futbolçu və iki texniki işçi ilə yanaşı məşqçi Eustaquio Ortuno da ölüb.

8. 1987-ci il dekabrın 6-da Perunun birinci liqasında çıxış edən “Alianza Lima” klubunun futbolçularının olduğu təyyarə paytaxt Limadaqəzaya uğrayıb. Qəza nəticəsində klubunun baş məşqçisi Marcos Calderon və 16 futbolçusu həlak olub.

9. 1993-cü il aprelin 28-də Zambiya futbol üzrə milli komandasının olduğu təyyarə Qabonun Libreville şəhərində qəzaya uğrayıb. Hadisə zamanı 18 futbolçu və rəhbər heyətin beş üzvü ölüb.

10. Makedoniya Prezidenti Boris Traykovski 2004-cü ilin fevralında təyyarə qəzasında həlak olub. Onun “Beechcraft Super King Air 200” təyyarəsi Bosniya və Herseqovinada dağa çırpılıb.

11. Polşa Prezidenti Lex Kaçinskinin olduğu təyyarə 2010-cu il aprelin 10-da Smolensk yaxınlığında qəzaya auğrayıb. Hava gəmisinin qanadının ağaca çırpıldıqdan sonra yerə çırpıldığı bildirilib. Təyyarədə prezidentdən başqa, Polşanın siyasətçiləri, yüksək hərbi komandanlığının nümayəndələri, ictimai və din xadimləri var idi.

12. “Forsaj” kinosundakı çətin nömrələri ilə yaddaşlarda qalan aktyor Pol Uoker 2013-cü il noyabrın 30-da Flippində qasırğadan zərərçəkənlərə dəstək məqsədilə keçirilən aviaşou zamanı baş verən qəzada həlak olub. Onun idarə etdiyi təyyarə işıq dirəyinə çırpılıb və yanıb. Qeyd edilib ki, Uokerin ölümündən bir gün əvvəl “Forsaj-7” filminin çəkilişləri başlanmışdı. 

13. Braziliyanın “Chapecoense” futbol klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyada, Medellin şəhərinə yaxınlaşarkən qəzaya uğrayıb. Təyyarədəki 81 nəfərdən 76-sı həlak olub, beş nəfər isə sağ qalıb. 

14. “Lester” futbol klubunun prezidenti Vişay Şrivaddanaprabxa “Kinq Pauer” stadionu yaxınlığında baş verən helikopter qəzası nəticəsində həlak olub. Hadisə 2018-ci il oktyabrın 28-də İngiltərə çempionatının “Lester” - “Vest Hem” oyunundan sonra baş verib.

15. İngiltərənin “Kardiff Siti” klubunun argentinalı futbolçusu, 28 yaşlı Emiliano Salanın həlak olub. Uels klubunun Fransanın “Nant” klubundan 20,5 milyon avroya transfer etdiyi futbolçu “Piper Malibu” təyyarəsində olub.

Nantdan Kardiffə uçan təyyarə La-Manş boğazı üzərində, Normand adalarına daxil olan Hernsi adasının sahillərinin yaxınlığında radarlardan itib. Hadisə 2019-cu il yanvarın 23-də baş verib. Emiliano Sala “Kardiff”in tarixində ən bahalı transfer idi. Klub onunla müddəti 2022-ci ildə başa çatacaq müqavilə imzalamışdı.

oxu.az

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov