Xəbər lenti


 

Türk Hava Yolları (THY) zəlzələ səbəbindən Elazığ və Malatya reyslərinə olan biletləri ödənişsiz dəyişdirəcək.
 
Bu barədə THY-nin rəsmi saytında yerləşdirilmiş elanda məlumat verilib.
 
Qeyd olunub ki, daxili və ya beynəlxalq uçuşlar fevralın 21-nə kimi hər hansı bir reyslə dəyişdirilə bilər. Bu zaman mübadilə pulsuz yerinə yetiriləcək: “İstifadə olunmamış biletlər pulsuz olaraq geri qaytarılacaq. Qismən istifadə olunan və natamam səyahət zamanı isə biletlərin qalan hissəsinin pulsuz olaraq geri qaytarılması nəzərdə tutulub. Biletin etibarlılıq müddəti heç bir rüsum və cərimə olmadan 21 fevral 2020-ci ilədək uzadıla bilər. Müvafiq tətbiqlər yalnız Türk Hava Yolları və AnadoluJet tərəfindən həyata keçirilən uçuşlar üçün etibarlıdır”.(Qafqazinfo)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov