Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ baş verib.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir. Təkan ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

BAKU.WS