Xəbər lenti

 

Meqan Markl könüllü olaraq kraliyyət səlahiyyətlərindən imtina edib, deməli bundan sonra xəzinəyə giriş hüququ yoxdur. Üstəlik, kraliça nəinki Meqanın onun izni ilə istifadə etdiyi dəyərli zinət əşyalarını, hətta hədiyyə olunanları da qaytarmalıdır.

 

Bu barədə “Woman's Day” nəşri xəbər yayıb.

Nəşr öz mənbəsinə istinadla xəbər yayıb ki, Markl şahzadə Harrinin nikahdan sonra hədiyyə etdiyi iri mavi daşlı üzüyündən məhrum olub. Məlumata görə, II Elizabet Meqanın şahzadə Diananın kolleksiyasındakı brilliantla bəzədilmiş nişan üzüyünü də almaq istəyib, ancaq hələ buna nail olmayıb. 

Bundan başqa, Meqan kraliyyət ailəsinin pulları ilə aldığı çoxsaylı çantalar və bəzək əşyalarından da məhrum ola bilər.

Xatırladaq ki, yanvarın əvvəlində Şahzadə Harri və Meqan Markl kral ailəsinin böyük üzvləri statusundan və puldan imtina etdiklərini bildiriblər. Onlar bu yolla maliyyə müstəqilliyi əldə etmək istədiklərini açıqlayıblar.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov