Xəbər lenti

Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl kral ailəsinin maliyyə imtiyazlarından imtina edərək Kanadaya köçmək istəsələr də, Kanada cəmiyyəti onları istəmir.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə Kanadanın ən böyük qəzeti “Qlobus və Poçt”da yayımlanan məqalədə qeyd edilib. Məqalədə Harri ilə Meqanın sözügedən qərarının insanlar tərəfindən xoş qarşılanmadığı bildirilib.

Məqalədə Kanada hökumətinin bu qərara “yox” deməsi gərəkdiyi vurğulanıb:

“Bu ölkədə krallıq həyatı Kanadanın Böyük Britaniya ilə, həmçinin, kral ailəsi ilə uzun müddət davam edən münasibətlərin təbiətinə ziddir.

Əgər kral ailəsinin yüksək səviyyəli şəxslərindən birisinizsə, bu ölkə sizi xoş qarşılamaz”.

Qeyd edək ki, Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl kral ailəsinin maliyyə imtiyazlarından imtina etdiklərini açıqlamşdı. Cütlük ilin yarısını İngiltərədə, yarısını isə Kanadada yaşamaq istədiyini söyləmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov