Xəbər lenti

Ukrayna təyyarəsinin vurulma anını lentə alan şəxs həbs edilib.

 

Bizimaz.az Bakıpost.az-a istinadla xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukraynaya məxsus “Boinq" sərnişin təyyarəsinə raket zərbəsi endirildiyi anın görüntüsü olduğu ehtimal edilən videonu çəkib yayan şəxsi saxlayıb.

“Fars” agentliyinin məlumatına görə, saxlanılan şəxslə bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinə məxsus “Boinq-737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub.

Təyyarədəki 176 nəfərin hamısı ölüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov