Xəbər lenti

 

Suriyanın hökumət qüvvələrinin aramsız hücumları nəticəsində daha 20 min suriyalı İdlib bölgəsindən Türkiyə sərhədinə doğru hərəkət edib.

 

“Anadolu” xəbər verir ki, bu haqda suriyalı hüquq müdafiəçiləri məlumat veriblər.

Beləliklə, ötən ilin noyabrından indiyə kimi İdlibdən qaçan insanların sayı 379 min 523 nəfərə çatıb.

Qaçqınların əksəriyyəti həmsərhəd ərazilərdə, Türkiyə qoşunlarının həyata keçirdiyi əməliyyatların əhatə etdiyi bölgələrdə məskan salıb.

Müxalifət tərəfdarları hesab edirlər ki, növbəti zərbələr İdlibin Cabel-az-Zaviya rayonundan 250 min insanın miqrasiyasına səbəb ola bilər.  

Bölgədə çadırların və humanitar yardımın çatışmazlığı müşahidə edilir.

BMT-nin məlumatına əsasən, Suriyada 2011-ci ildən davam edən vətəndaş müharibəsi 5,6 milyon insanın qaçqın, 6,6 milyon insanın isə məcburi köçkün olmasına gətirib çıxarıb.  

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov