Xəbər lenti

Almaniya polisi Azərbaycan vətəndaşlarını saxladı
 

Almaniya polisi aralarında azərbaycanlıların da olduğu 19 nəfəri saxlayıb. "Qafqazinfo" bildirir ki, bu barədə “Report”a Almaniyanın Rostok şəhər Polis İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, ötən gün Rostok şəhər dəmiryolu vağzalında polisin keçirdiyi reyd zamanı 19 əcnəbi saxlanılıb. Onlardan 9-u polisə etibarsız pasport təqdim edib. Dörd nəfərin isə ümumiyyətlə hər hansı bir pasport və şəxsiyyət vəsiqəsi olmadan səyahət etdiyi məlum olub. Beş nəfərin Şengen vizasının vaxtı ötmüş olub, bir nəfər isə, polisə heç bir kimlik məlumatının olmadığı kağız verib.

Polis idarəsindəki ilkin ifadələri zamanı onlar özləri və Almaniyaya gəlmələri ilə bağlı məlumat veriblər. Polis saxlanılan şəxslərin vətəndaşlıq mənsubiyyətini də öyrənib. Onlar Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olublar.

Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında “Almaniya Federal Yaşayış” qanununu pozduqlarına görə, onların hər birini 2430 avro məbləğində cərimələyib.

Növbəti məhkəmə iclasında saxlanılan şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.

Almaniya Federal Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirilib ki, son aylar sərhədlərinin pozulması ilə ölkəyə daxil olmağa cəhd edən əcnəbilərin sayında artım qeydə alınıb. Federal polis sərhədlərdə nəzarəti gücləndirib. Eyni zamanda əhalinin sıx olduğu dəmiryolu vağzalları, avtobus terminalları və şəhər mərkəzlərində qanunsuz miqrasiyaya qarşı keçirilən reydlərə daha çox polis əməkdaşı cəlb olunub. 

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov