Xəbər lenti

 

Şahzadə Diananın qardaşı qızı Ledi Kitti Spenser özündən 31 yaş böyük sevgilisi ilə evlənir.

 

Hurriyet.com xəbər verir ki, 29 yaşlı Ledi uzun müddətdir birlikdə olduğu 60 yaşlı iş adamı ilə evlənməyə hazırlaşır.

Ledinin gələcək həyat yoldaşı atasından beş yaş böyükdür.

Yaxın rəfiqəsinin verdiyi məlumata əsasən, iş adamı Lediyə Yeni il gecəsi Cənubi Afrikada evlilik təklif edib. Ledi isə düşünmədən təklifə “hə” cavabını verib. İş adamının Ledini çox sevməsi və varlı olmasına rəğmən, sadə olması sevgilisinin ailəsi tərəfindən sevilməsinə və ailəyə qəbul edilməsinə səbəb olub.

Xatırladaq ki, Ledi bundan öncə italyan iş adamı San Pietro ilə sevgili olub.

Qeyd edək ki, Ledi Kitti Spenser gözəlliyi ilə bibisi şahzadə Dianaya bənzəməsi ilə tanınır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov