Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket zərbələri zamanı həlak olan komandanı Qasım Süleymaniyə vida mərasimi təşkil edilib.
Bu barədə “Haberglobal”ın xəbərində bildirilib.
SEPAH-ın “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.
İslam İnqilab lideri Ayətullah Xamneyi Q.Süleymaninin yerinə yeni komandir təyin edib.
General İsmayıl Kaani müvafiq posta gətirilib.