Xəbər lenti

 

Hindistanda vətəndaşlıq haqqında qəbul olunan qanun ölkədə yaşayan müsəlmanların hiddətinə səbəb olub.

 

Belə ki, yeni qəbul edilən vətəndaşlıq qanunu ölkəyə Əfqanıstan, Banqladeş və Pakistandan miqrasiya edilən bütpərəst, xristian və digər qeyri-müsəlman miqrantların Hindistan vətəndaşlığı almasını sadələşdirir.

“Haber7” agentliyi məlumat verir ki, bu həftənin cümə günündən başlayaraq, Hindistanın müsəlman vətəndaşları yeni qəbul edilən qanun əleyhinə nümayişlər keçirir. Son xəbərlərə əsasən, cümə günündən başlayan etirazlardan sonra hüquq-mühafizə orqanları ilə toqquşmada 25 nəfər həlak olub, beş mindən çox nümayişçi saxlanılıb.

Qeyd edək ki, Hindistanda müsəlmanlar ölkənin ikinci ən böyük dini icmasıdır.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov