2019-cu ilin son Günəş tutulması müşahidə edilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda həlqəvari tutulma saat 06.30-da başlayıb. Təbiət hadisəsinin 12:06-da başa çatacağı bildirilir.
Bakıda isə Günəş tutulması 08:03-dən 08:52-yə qədər davam edib.