Xəbər lenti

Tramp epizodların birində rol aldığı “Evdə tək - 2” (Home Alone 2, 1992) filmini Milad bayramının ən möhtəşəm filmlərindən biri hesab edir.

 

Bizimaz.az: Kult.az xəbər verir ki, bunu ABŞ Prezidenti tətil üçün gəldiyi Florida ştatındakı malikanəsində hərbçilərin suallarını cavablandırarkən deyib.

“Mən “Evdə tək-2” filmində rol almışam. Bir çox insan, xüsusilə də Milad bayramı zamanı bunu xatırlayır. Bu yaxşı filmdir. Mən cavan idim və filmdə çəkilmək mənim üçün şərəf idi”, - deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, Tramp həmin dövrdə uğurlu iş adamı olub və televiziyada aparıcılıq edib. O, “Evdə tək-2” filmində 10 saniyəlik epizodda çəkilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov