Xəbər lenti


 

Moskvada Rusiya Prezidenti Vladimir Putinin 15-ci illik böyük mətbuat konfransı başlayıb.
 
Bizimaz.az: "Report" xəbər verir ki, bu il onun böyük mətbuat konfransı ötənilki rekordu qırıb: konfransa 1895 xarici və Rusiya KİV nümayəndəsi akkreditə olunub.
 
"Report" Azərbaycandan mətbuat konfransında müxbirinin iştirak edəcəyi yeganə informasiya agentliyi olub. Mətbuat konfransında Azərbaycan KİV-dən həmçinin İctimai televiziya akkreditasiya alıb.
 
"Rossiya1", "Rossiya24", Birinci Kanal, NTV, həmçinin "Mayak", "Vesti FM" və "Radio Rossiya" radiostansiyaları mətbuat konfransını canlı yayımlayacaqlar.
 
Qeyd edək ki, V.Putinin ən qısa çəkən - 1 saat 35 dəqiqə davam edən mətbuat konfransı 2001-ci ildə jurnalistlərlə ilk görüşündə, ən uzunmüddətlisi (4 saat 40 dəqiqə) isə 2008-ci ildəki mətbuat konfransında qeydə alınıb. 2004-cü ildən bəri Rusiya dövlət başçısının jurnalistlərlə ünsiyyəti hər il 3 saatdan çox davam edir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov