Xəbər lenti



ABŞ-ın Miçiqan ştatı, Cekson şəhərində 70 il evli olan cütlük eyni gündə vəfat edib.

 

“The Sun”ın məlumatına görə, Les və Freda Austinlər məktəbli olduqları zamandan tanış olublar.

Nəvələri Leah Smitin dediyinə görə, onlar yalnız bir dəfə, Les Fredaya demədən Koreya müharibəsi dövründə hərbi xidmətə yazılanda mübahisə ediblər.

Noyabrda evliliklərinin 70 illiyini qeyd edən 90 yaşlı cütlük eyni gündə 20 dəqiqə fərqi ilə dünyadan köçüblər.

Onların iki övladı, dörd nəvəsi, səkkiz nəticəsi qalıb.

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov