Xəbər lenti

İranın Şiraz şəhərində naməlum şəxslər “Bent ül Həsən” türbəsini yandırıblar.

 

Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 13-də baş versə də, İranın rəsmi dairələri məlumatı olaydan bir neçə gün sonra yayıb.

Məlumata görə, naməlum şəxslər şiələrin ikinci imamına gedib çıxan “Bent ül Həsən” imamzadəsinin nəzir qutularındakı pulları və digər əşyaları oğurladıqdan sonra türbəni yandırıblar.

Türbəni yandıran şəxslərin hadisə yerindən qaça bildiyi vurğulanıb.

İmamzadənin yandırılmasının İranda baş verən son etirazlarla əlaqədar olduğu ehtimal edilir. Hadisənin detalları araşdırılır.

Rəsmi statistik rəqəmlərə əsasən, hazırda İranda 11 min imamzadə türbəsi var. Ötən ilə qədər ölkədəki imamzadələrin sayı islam inqilabından əvvəlki dövrlə müqayisədə 10 dəfər artıb.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin bahalaşdırması qərarına etiraz olaraq kütləvi nümayişlər başlayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov